21 Sentyabr 2021 13:27
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin Moskvanın Vaşinqtonun vassalına çevrilməsinə imkan vermədi.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Rossiya 24” telekanalına müsahibə zamanı amerikalı rejissor Oliver Stoun bildirib.

Dünya şöhrətli sənətkar ABŞ-ın Rusiyanı “işğal etmək” planları barədə danışarkən deyib:

“ABŞ Moskvanın tərəfdaşı ola bilərdi, ona kömək edə bilərdi, amma pula görə bu baş vermədi. "Uoll-strit"də qərar verildi ki, Rusiyanı işğal etmək, biznesə malik olmaq lazımdır. Bütün bu oliqarxlar peyda oldu. Putin buna qarşı çıxmağa, ölkəni müdafiə etməyə başladı. Əgər o olmasaydı, Rusiya indiyədək məhv edilmişdi”.

Uilyam Oliver Stoun amerikalı kinorejissor, prodüser və ssenaristdir. O, Amerika Kino Akademiyasının üç mükafatı (“Oskar” mükafatı) da daxil olmaqla çoxsaylı mükafatlar laureatıdır. Oliver Stoun sənədli işləri ilə də məşhurdur, o cümlədən 2017-ci ildə onun Rusiya Prezidenti Vladimir Putin haqqında dördseriyalı sənədli filmi istehsalata buraxılıb. Sentyabrın 15-də rejissorun 75 yaşı tamam olub.


Müəllif: Səxavət