22 Sentyabr 2021 09:55
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başqa ölkələri işğal etmək niyyətimiz yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Çin dövlət başçısı Xi Cinpin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Çin lideri bu il inkişaf etməkdə olan ölkələrə 100 milyon pulsuz COVID-19 peyvəndi göndərməyi planlaşdırdıqlarını bildirib.

“Çin bu ilin sonuna qədər dünyaya ümumilikdə 2 milyard doza peyvənd tədarük etməyə çalışacaq”, - Cinpin söyləyib.

Digər yandan, o, ölkəsinin beynəlxalq mövqelərindən heç vaxt digər ölkələri işğal etmək, zorakılıq göstərmək və ya dünyada hegemonluq qurmaq üçün istifadə etməyəcəyini vurğulayıb: “Çin həmişə qlobal sülhün memarı, qlobal inkişafa töhfə verən ölkə və beynəlxalq nizamın müdafiəçisi olub. Çin yeni inkişafı ilə dünyaya yeni imkanlar təqdim etməyə davam edəcək”.

Çin lideri qeyd edib ki, BMT ölkələrin ümumbəşəri təhlükəsizliyinin birgə qorunması üçün mərkəzi platforma rolunu oynamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər