Almaniyanın səhiyyə naziri Cens Span koronovirus pandemiyasının bitəcəyi tarixi aşıqlayıb.
Teleqraf.com xəbər verir ki, Cens Spanın sözlərinə görə, pandemiya 2022-ci ilin yaz aylarında bitəcək.
Almaniyanın səhiyyə naziri hesab edir ki, yaz fəslinə qədər insanlarda kütləvi immunitet formalaşacaq:
“Peyvəndin təsiri olmayacağı yeni mutasiya aşkarlanmasa, yaz fəslində pandemiya ilə vidalaşa biləcəyik. Kütləvi immunitet qazanmaq üçün isə peyvənd olunmaq vacibdir. Peyvənd olunmayan insanlar böyük ehtimal ki, bu xəstəliyə yoluxacaqlar. Bu gün yoluxma sayı azalırsa, yoluxma riskinin olmadığını düşünmək düzgün deyil”.
Nazir əlavə edob ki, virusun uzun müddətli təsirlərinin aradan qaldırılması istiqamətində araşdırmalar davam edir.