26 Sentyabr 2021 00:08
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilk fürsətdə nüvə danışıqlarına qayıdacaqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət televiziyasına danışan Abdullahiyan Tehranın nüvə sazişini tam yerinə yetirməsi və ABŞ-ın razılaşmaya qayıtması ehtimalı barədə məlumat verib.

Nüvə danışıqlarına çox yaxında başlayacaqlarını bir daha təkrarlayan nazir ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat konfransında “çox yaxında” ifadəsinin nə anlama gəldiyini soruşulduqda “bilmirəm” cavabı verməsinə də münasibət bildirib:

“Bəzi İnsanlar “bir neçə gün”, “bir neçə həftə”, “tezliklə” deyirlər. “Yaxında”, yəni araşdırmalarımız başa çatar-çatmaz başlayacağıq”.

Abdullahiyan nüvə silahı əldə etmək istəmədiklərini, bunu Nyu-Yorkda görüşdüyü avropalı rəsmilərə də çatdırdığını deyib:

“Mən onlara bununla bağlı dini bir fətva verdiyimizi və İranın nüvə proqramının dinc məqsədlər üçün həyata keçirildiyini dedim. İran heç vaxt bundan kənara çıxmayıb, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatları da bunu təsdiqləyir”.

Nazir Avropa dövlətlərinin İranın nüvə proqramı ilə əlaqədar narahat olduqları üçün danışıqlara tez qayıtmaq istədiklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər