Rusiyada ilk dəfə iki qadın evləndi – FOTOLAR
Rusiya prezidenti Vladimir Putinin başlıca hədəfi 1721-1917-ci illərdə mövcud olmuş rus imperiyasının mümkün qədər çox hissəsində nəzarəti bərpa etməkdir.
Teleqraf.com-un məlumatına görə, bu fikir ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran (Richard W. Rahn ) “The Washington Times” qəzetində dərc edilmiş məqaləsində vurğulanır.
Rusiya Federasiyasının yaxın keçmişi barədə mühüm faktları qabardan müəllif xatırladır ki, rus imperiyası əsasən, keçmiş sovet respublikalarının, Şərqi Avropanın əksər ölkələrinin, Finlandiyanın və Alyaskanın ərazilərindən ibarət olub:
“Cənab Putin bilir ki, ABŞ-ın növbəti prezidenti çətin ki, onun imperiyanın bərpasına yönəlmiş planlarına prezident Obama kimi qətiyyətsiz və həvəssiz reaksiya versin. O, hətta rus neftinə tələbatın azalması və qiymətlərin gözlənilmədən aşağı düşməsi ilə qarşılaşıb. Bu da Rusiyanın maliyyə ehtiyatlarının ciddi şəkildə azalmasına gətirib çıxarır. Deməli, Putinə təzyiqləri artırmaq üçün tələsmək lazımdır”, Riçard Ran yazır.
“Cənab Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq. Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək. Bu məqamda Putinin rusdilli azlığı qorumaq adı altında Baltik ölkələrinə müdaxiləyə başlamaq üçün yaxşı mövqeləri olacaq”, müəllif bildirir.
Riçard Ran hesab edir ki, ABŞ özünü sülhməramlı rolda göstərməkdənsə, tezliklə Ukraynanı silahla təmin etməli, öz ərazisində neft-qaz istehsalı üçün maneələri aradan qaldırmalı, Rusiyaya qarşı maliyyə sanksiyalarını gücləndirməlidir. Müəllifə görə, Rusiyanın hərbi gücü elə də böyük deyil, ancaq onun böyük nüvə arsenalına malik olduğunu nəzərə almaq lazımdır. Riçard Ran Putinin ABŞ-ı radioaktiv külə çevirməyə qadir olan yeganə ölkənin Rusiya olduğu barədə bəyanatını da Qərbə yönələn böyük təhdid olduğunu qeyd edib.