Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanla Rusiya arasında gərginlik yaşanır.
Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatı Talibanın Tacikistanla sərhədə minlərlə silahlı yığdığını yazıb.
Tacikistanla 1400 kilometrdən çox sərhədi olan Əfqanıstanda minlərlə tacik yaraqlısının bir araya toplanması Rusiyanı həyəcan vəziyyətinə salıb. Rəsmi Düşənbə Taliban sıralarında olan tacik yaraqlılarının sərhədi keçərək Tacikistana sızmağı planlaşdırdıqları barədə məlumat aldığını açıqlayıb.
Rusiya mətbuatı yazır ki, Taliban Tacikistan sərhədinə minlərlə silahlı göndərib, eyni zamanda sərhəd xəttində tanklar da görünüb.
Taliban qonşu ölkə Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmaqda ittiham edib və buna görə qisas olacağını açıqlayıb.
Tacikistan Prezidenti Emomali Rəhmon sentyabrın 17-də vəziyyətin təhlükəli hal aldığını bildirərək, Əfqanıstan ətrafında təhlükəsizlik dəhlizinin qurulmasına, təhdidlərin ölkə sərhədlərini keçməsinin qarşısını almağa çağırış etmişdi.