30 Sentyabr 2021 10:17
5 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu-York Tayms” qəzeti BMT Baş Assambleyasının 76-cı sammiti üçün ötən həftə ABŞ-a gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı müsahibənin “S-400”lə bağlı hissəsini dərc edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın dünən Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü ilə bağlı məlumata əlavə olunan açıqlamada Türkiyə liderinin qabaqcıl rus müdafiə sistemini satın alaraq Qərbin əsas hərbi ittifaqı olan NATO-nu sarsıtdığı tənqidini rədd etdiyi bildirilib.

Həm NATO baş katibi Yens Stoltenberqin, həm də o vaxtkı ABŞ Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu təsdiqlədiyini xatırladan Ərdoğan müsahibədə “Silahlarımızı özümüz alırıq”, ifadəsinə yer verib.

“Amerikalılar “Patriot” raketdən müdafiə sistemini Türkiyəyə satsaydılar, “S-400”ləri almaq məcburiyyətində qalmazdıq”, - Ərdoğan bildirib.

Türkiyənin “S-400”ləri satın almasının ABŞ-la münasibətləri gərginləşdirməyə dəyər olub-olmadığı barədə suala Ərdoğan belə cavab verib:

“Məncə, buna dəyərdi. İstədiyimiz kimi müdafiəmizi gücləndirə bilərik”.

Bununla belə o, Türkiyə-ABŞ əlaqələrinin fundamental olaraq əhəmiyyətli olduğuna diqqət çəkib: “Türkiyənin ABŞ-la uzun illərə söykənən əlaqələri var. Bunun qorunması və gücləndirilməsi lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər