“Fələstinin İslam Cihad Hərəkatı İranın ordusu deyil”.
Teleqraf.com xəbər verir ki, bu barədə İslam Cihad Hərəkatından verilən açıqlamada bildirilib.
Hərəkat yalnız İsrailə qarşı mübarizə apardığını və heç kimdən asılı olmadığını İranın diqqətinə çatdırıb. Açıqlamada Fələstinin İsrailə qarşı İranla ittifaq qurduğu bildirilsə də, bunun həmin ölkədən asılılıq olmadığı deyilib.
İslam Cihad Hərəkatının açıqlaması İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı Qulam Əli Rəşidin açıqlamasında cavab olaraq verilib. General bundan əvvəlki açıqlamasında Livandakı Hizbullahı, Fələstindəki Həmas və İslam Cihad Hərəkatını, Yəməndəki Ənsarullah, İraqdakı Həşd əş-Şaabi və Suriya silahlı qüvvələrini “İran ordusu” adlandırıb.