12 Noyabr 2014 16:43
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə könüllü kürd döyüşçüləri arasında gedən döyüşlərin mərkəzi sayılan Kobani xarabalığı xatırladır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan görüntülərdən şəhərin İŞİD-in çıxarıldığı hissəsində məscidin, evlərin dağıdıldığı, yaşayış üçün tam yararsız olduğu görünür.

Videoda kürd döyüşçülərinin İŞİD ilə son damla qanına qədər vuruşacaqlarını deməsi diqqəti çəkir.

Samir


Müəllif: