İŞİD terror qruplaşmasının Əl-Qaidənin Suriya qolu hesab edilən Əl-Nusra cəbhəsi liderlərindən ikisini edam etdiyi barədə açıqlama yayılıb. Bu barədə Suriyanın insan haqları təşkilatı “Mirsad” xəbər verib.
Teleqraf.com-un məlumatına görə, qurumun yaydığı açıqlamada Raqqa şəhərində edam edilən Əl-Nusra cəbhəsi liderlərinin bir müddət əvvəl İŞİD-ə qoşulduğu bildirilir.
Edam edilənlərin İŞİD-ə xəyanət etmək planlarının üzə çıxması olub.
Qeyd edək ki, Əl-Nusra cəbhəsi Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqlayıb. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi bildirilir. Qruplaşma Bəşər əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini həyata keçirmək və yaymaq istəyir.