15 Oktyabr 2021 13:46
19 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Xarici işlər naziri Fəysal bin Fərhan əl-Səud Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə İranın nüvə proqramı və digər beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra açıqlama verən əl-Səud bildirib:

“Dostum dövlət katibi Blinkenlə məhsuldar görüş keçirdim. Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələləri, eləcə də müxtəlif sahələrdə strateji tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik”.

ABŞ Dövlət Departamentindən görüşlə əlaqədar verdiyi açıqlamada isə bunlar deyilib:

“ABŞ və Səudiyyə Ərəbistanı arasında regional mövzularda strateji əməkdaşlıq, o cümlədən ortaq hədəflərə birgə çatmağın yolları müzakirə edilib”.

Açıqlamada tərəflər arasında Yəməndəki silahlı qarşıdurma ətrafında da fikir mübadiləsinin aparıldığı bildirilib:

“Dövlət katibi ABŞ hökumətinin Səudiyyə Ərəbistanının ərazisi və xalqını müdafiə etməsinə kömək edəcəyini və ABŞ-ın husilərin (İran tərəfindən dəstəklənir) krallığa hücumlarını qınadığını bir daha təsdiqləyib”.


Müəllif: Mənsur Rəğbətoğlu