Rusiyanın nəhəng aviaşirkətləri Qarabağ üzərindən uçuşlar həyata keçirmir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" və "Transaero" aviaşirkətlərinin nümayəndələri məlumat verib. Onlar bu açıqlamanı Azərbaycan tərəfinin Dağlıq Qarabağ hava məkanının uçuşlar üçün qapalı zona elan edilməsindən sonra bildiriblər.
Şirkətlərin mətbuat xidmətindən onu da qeyd ediblər ki, təyyarələr Dağlıq Qarabağ ərazisi üzərindən keçməyəcək.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri dünən hava sərhədlərini pozması səbəbilə erməni helikopterini vurub.
Samir