13 Noyabr 2014 23:09
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Kralı II Abdulla Yaxın Şərqə səfəri çərçivəsində Əmmana gəlmiş ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edib.

Görüş zamanı Yaxın Şərqdə baş verən hadisələr, sülhə nail olmaq səyləri, beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar göstərilən regional və beynəlxalq səylər, habelə Qüdsdəki gərgin vəziyyət müzakirə olunub.

Kral Fələstin probleminin hərtərəfli və ədalətli həllinə nail olmaq məqsədilə İsrail ilə Fələstin arasında danışıqlar prosesini bərpa etmək üçün müvafiq şərait yaradılmasında ABŞ-ın rolunun əhəmiyyətli olduğunu təsdiqləyib.

ABŞ-ın dövlət katibi regionda sülhün əldə edilməsi ilə əlaqədar ABŞ-ın səyləri və ekstremist terrorçu təşkilatlara qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində göstərilən səylər barədə krala məlumat verib. Con Kerri Yaxın Şərqdə sülhə və sabitliyə nail olmaq səylərinin, ekstremist və terrorçu ideologiyasına qarşı mübarizədə onun fəal səylərinin dəstəklənməsində mühüm rol oynadığına görə İordaniyaya minnətdarlığını bildirib.


Müəllif:

Oxşar xəbərlər