14 Noyabr 2014 11:24
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Queensland əyalətinin paytaxtı Brisbendə noyabrın 15-16-da baş tutacaq G-20 sammitinə hazırlıqlar tamamlanıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, sammitdəm əvvəl Sidney şəhərində G-20 liderlərinə qarşı etiraz aksiyası keçirilib. Yayılan xəbərlərə görə, şəhərin Bonn sahilində 400-ə yaxın ekoloq başlarını dəvəquşu kimi quma soxaraq, iqlim dəyişikliyi probleminin gündəmə gətirilməsini istəyiblər. Onlar həmçinin bununla Avstraliya baş naziri Toni Abbotta “İqlim dəyişikliyində başını quma soxursan” mesajını veriblər.

Ekoloqlar iqlim dəyişikliyinin qarşısını almaq mövzusunda ABŞ və Çinin ilk dəfə olaraq, istixana qazının atmosferə buraxılmasının azaldılması ilə bağlı qərarını müsbət qarşıladıqlarını bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər