Jurnalist Alfredo Kardoso silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikada baş verib.
Akapulkoda silahlı hücuma məruz qalan jurnalist (fotomüxbir) çatdırıldığı xəstəxanada vəfat edib.
Meksika prokurorluğu elan edib ki, xəbər saytında işləyən jurnalist yaralı halda tapılıb, xəstəxanaya çatdırılıb və tibbi müdaxiləyə rəğmən həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Meksikada 2000-ci ildən bu yana öldürülən jurnalistlərin sayı 130-a çatıb.