2 Noyabr 2021 18:26
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya parlamenti dostluq qrupunun sədri Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında İordaniya-Asiya və Okeaniya ölkələri ilə dostluq qrupunun sədri Əbdülrəhim əl-Maayah 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərova təbrik məktubu ünvanlayıb.

Ölkəmizin İordaniyadakı səfirliyindən bildirilib ki, Əl-Maayah öz məktubunda Ermənistanla 30 illik münaqişənin başa çatması və bölgəmizdə sülhün bərqərar olması münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrini daim dəstəklədiyini qeyd edib.

Dost Azərbaycana inkişaf və tərəqqi arzulayan Nümayəndələr Palatasının üzvü, həmçinin Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və regional inteqrasiyanın zəruriliyini vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər