4 Noyabr 2021 10:26
2 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Avstriyanın paytaxtı Vyanada nüvə sazişi üzrə danışıqların noyabrın 29-da başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Bakiri açıqlama ilə çıxış edib.

O, nüvə sazişi ilə bağlı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Departamentinin rəhbərinin müavini Enrike Mora ilə telefon danışığı apardığını deyib.

Bakiri Mora ilə “ABŞ-ın İrana qarşı sanksiyalarını ləğv etmək məqsədi ilə” noyabrın 29-da Vyanada 6 raundda keçirilən nüvə sazişi danışıqlarını yenidən başlamaq barədə razılaşdıqlarını bildirib.

Co Bayden ABŞ-da prezident seçildikdən sonra aprelin 6-da Avstriyanın paytaxtı Vyanada yenidən başlayan və 6 raundda davam edən nüvə razılaşması danışıqları İranda hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər