4 Noyabr 2021 10:36
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə parlamentində keçirilən iclasda PKK terror təşkilatı ilə bağlı skandal tələblər gündəmə gətirilib.

Teleqraf.com xəbər verir ki, bəzi britaniyalı deputatlar ölkələrinin PKK-nın “Terror təşkilatları siyahısı”ndan çıxarılmasını tələb edərək, onu “kürd xalqını təmsil edən bir partiya” adlandırıblar.

Məsələ parlamentdəki Fəhlə, Mühafizəkarlar və digər bir neçə partiyanın üzvü tərəfindən müzakirəyə çıxarılıb.

Belçika Ali Məhkəməsinin PKK-nın “Terror təşkilatları siyahısı”ndan çıxarılmasına dair qərarına toxunan britaniyalı deputatlar ölkələrindən PKK ilə bağlı qərarlarına yenidən baxmalarını istəyiblər.

Deputat Amanda Millinq Türkiyənin NATO müttəfiqi olduğunu, onunla yaxın əməkdaşlıq qurduqlarını bildirib: “Müdafiə, ticarət və regional sahələrdə ortaq maraqlarımız var. PKK-nın terror təşkilatı kimi tanınmasının qarşısını almaq üçün irəli sürülən fikirləri dəstəkləmirəm”.

İngiltərə 2001-ci ildə PKK-nı terror təşkilatı kimi tanıyıb və onu “Türkiyənin cənub-şərqində “müstəqil kürd dövləti” qurmaq istəyən separatçı hərəkat” adlandırıb.

PKK, eyni zamanda, ABŞ və Avropa Birliyinin də “Terror təşkilatları siyahısı”ndadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər