İkinci dəfə Özbəkistan prezidenti seçilən Şavkat Mirziyoyev bu gün vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Özbəkistan liderinin inaqurasiya mərasimi keçirilib.
Şavkat Mirziyoyev oktyabrın 24-də keçirilən növbəti prezident seçkilərində səslərin 80.12 faizini qazanıb və qanunvericiliyə uyğun olaraq, bu gün Özbəkistanın rəhbəri vəzifəsinin icrasına başlayıb”, - onun mətbuat xidmətindən bildirilib.