1973-cü ildə çəkilən “Gizli və aydın. Sionistlərin məqsəd və əməlləri” adlı sovet sənədli filmi ekstremist materiallar siyahısına daxil edilib.
Teleqraf.com xəbər verir ki, müvafiq siyahı Rusiya Ədliyyə Nazirliyinin saytında dərc olunub.
Nazirliyin saytında bildirilir ki, ekstremist materialların federal siyahısı informasiya materiallarının ekstremist kimi tanınması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının Rusiya Ədliyyə Nazirliyinə daxil olan surətləri əsasında formalaşdırılır.
Sözügedən film Sıktıvkar şəhər məhkəməsinin 5 iyul 2021-ci il tarixli qərarı ilə ekstremist kimi tanınıb.