17 Noyabr 2021 10:10
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı beynəlxalq fəaliyyətlərdə effektivliyini artırmaq üçün hərbi qüvvələrinə sərmayə qoymağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell açıqlama verib.

“Strateji Kompas” bizim yol xəritəmiz olacaq. Belarus sərhədi kimi hibrid təhdidlərə qarşı tədbir görməliyik”, - Borrell deyib.

O bildirib ki, birgə müdafiə qüvvələri həm mülki, həm də hərbi təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparacaq.

Borell kibertəhlükəsizlik və təbliğat kimi sahələrin ənənəvi hərbi təhdidlər qədər vacib olduğunu söyləyib.

NATO ilə əməkdaşlığın davam edəcəyini bildirən Borrell Avropanın maraqlarını qorumaq üçün müdafiədə muxtariyyətin hədəf olduğunu bildirib.

“Birliyin məqsədi NATO-nu gücləndirmək və hərbi potensialını təkmilləşdirməklə bərabər qlobal sülhə töhfə verməkdir”, - Borrell qeyd edib.

Avropa İttifaqının “Strateji Kompas” adlanan hazırlıq hesabatı müdafiə nazirlərinin görüşündə müzakirə edilib. Liderlər 2022-ci ilin martında təsdiq edərsə, 5 min nəfərdən ibarət birgə hərbi qüvvə formalaşdırılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər