“Azərbaycan Türkiyə və Pakistanla münasibətləri inkişaf etdirir. Bu müsbət haldır. Hesab edirəm ki, bu doğru siyasətdir. Türk Dövlətləri Birliyinin son toplantısı da göstərdi ki, Azərbaycan yeni müttəfiqlər əldə edib”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatları arasında da inkişaf genişləndirilməlidir.
Onun fikrincə, Türk Dövlətləri Birliyinin sülhməramlı hərbi qüvvələrinin olması çox böyük hadisə olardı: “Hesab edirəm ki, Türk Dövlətləri Birliyi özünün xüsusi təyinatlı qüvvələrini yaratmalıdır. Bu qüvvələr hansı ölkədə problem yaranarsa, orada fəal olmalıdır”.
Sərdar Cəlaloğlu əmindir ki, belə bir qüvvənin olması həm Türk Dövlətlər Birliyinin nüfuzunu qaldırar, həm də təsir dairəsini artıra bilər:
“Fikrimcə, belə qüvvələrin yaradılması həm vacibdir, həm də əhəmiyyətlidir”.