20 Noyabr 2021 18:21
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dieqo Maradonanın yaxın adamlarını məhkəməyə verən kubalı Mavis Alvares azyaşlı olarkən məşhur futbolçunun ona təcavüz etdiyini söyləyib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə qadın Argentinanın “İnfobae” qəzetinə açıqlama verib.

Bundan əvvəl Argentina məhkəməsi Alvaresin 20 il əvvəl – 16 yaşında məşhur futbolçu Dieqo Maradona ilə iki ay yarım qaldığını söylədikdən sonra insan alveri ilə bağlı dinləmələrə başlayıb. İddia onun çevrəsindən olan insanlara qarşı qaldırılıb. Qız narkotik asılılığından müalicə olunmağa gəldiyi Maradona ilə Kubada tanış olub.

“Biz Havanada olanda anam məni görməyə gəldi və Dieqo Maradona qapını açmaq istəmədi... O, qışqırıb heç nə deməmək üçün ağzımı bağladı və məni söydü”, - Alvares deyib.

Artıq 37 yaşı olan qadın Maradonanın içki içdiyi və ya narkotik istifadə etdiyi zaman ona qarşı necə zorakılıq göstərdiyini danışıb.

Bir dəfə qadın onun mobil telefonuna gələn zəngə cavab verib. Futbolçu bu zaman yatıbmış. Alvares iddia edir ki, onu oyandırıb telefonu ona verib, cavab olaraq onu çarpayıya atıb, üzünə bir şillə vurub və ona telefona toxunmağı birdəfəlik qadağan edib.

Başqa bir dəfə isə diskotekada rəqs edərkən Alvares yöndəmsiz hərəkət edərək onun burnuna yumruq vurub. O iddia edir ki, Maradona onu klubdan çıxarıb, itələyərək maşına mindirib, evə aparıb və saçından tutaraq pilləkənlərlə sürükləyib. Qadın onu da əmin edir ki, Maradona ilə birlikdə narkotik və spirtli içki qəbul etməyə başlayıb.

Alvares deyir ki, barəsində məhkəmə iddiası qaldırılan keçmiş futbolçuya yaxın adamlar belə halların çox şahidi olublar, amma heç nə etməyiblər.

Maradona 25 noyabr 2020-ci ildə vəfat edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər