22 Noyabr 2021 15:23
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəsrə körfəzində indiyə qədər ABŞ-la yaşanan qarşıdurmalar səbəbindən İran İnqilab Keşikçiləri Korpusunun 9 əsgəri ölüb”.

Teleqraf.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri komandanı Əli Rıza Tengseri “Mehr” agentliyinə deyib.

General hər hansı bir tarix demədən Bəsrə körfəzində ABŞ-la yaşanan silahlı qarşıdurmalar haqqında informasiya verib:

“ABŞ və İnqilab Keşikçiləri Dəniz Qüvvələri arasında çoxlu birbaşa münaqişələr olub. 9 şəhid verdiyimiz bu qarşıdurmaların bəzisini mətbuata açıqlamamışıq. Buna qarşılıq olaraq biz də 9 zərbə vurduq”.

Bununla belə iranlı general qarşıdurmaların nə zaman baş verdiyinə dair informasiya açıqlamayıb.


Müəllif: Nemət