ABŞ, Rusiya və Çinin son zamanlar atdığı addımlar yenidən Üçüncü Dünya Müharibəsi ehtimalını artırıb. Artıq dünyanın nüfuzlu media qurumları və ekspertləri də Üçüncü Dünya Müharibəsi təhlükəsini inkar etmir.
Teleqraf.com xəbər verir ki, Uzaq Şərqdən gələn son xəbərlər bu təhlükənin miqyasını bir daha ortaya qoyur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinfinə aid, idarəolunan raket esminesi “Miliusi” bu gün Tailand boğazından keçib. Pekindən bu keçidlə bağlı rəsmi cavab verilməyib, amma Çinin bu addıma necə cavab verəcəyi də istisna olunmur.
Döyüş gəmisi boğazdan keçdikdən sonra ABŞ mövzu ilə bağlı açıqlama verib:
“Gəminin Tailand boğazından keçməsi Birləşmiş Ştatların azad və açıq Hind-Sakit okean hövzəsinə sadiqliyini nümayiş etdirir. Birləşmiş Ştatlar ordusu beynəlxalq qanunların icazə verdiyi yerdə fəaliyyət göstərir. Bu, adi bir keçiddir”.
Bu açıqlamadan sonra Tailandda ABŞ donanması ilə üz-üzə qalan Çinin hansı addım atacağı müzakirə edilməyə başlayıb. Ehtimal olunur ki, Çinin cavab tədbirləri Üçüncü Dünya Müharibəsi təhlükəsini daha da artıracaq. Pekinin addımına ABŞ-ın hansı reaksiya verəcəyi də mühüm əhəmiyyət kəsb edir.
Keçən ay Çin ordusu ABŞ və Kanadanı bölgəyə hərbi gəmi göndərməsinə görə qınamışdı, hər iki ölkənin regionda sülhü təhdid etdiyinik bildirmişdi.