24 Noyabr 2021 11:22
2 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis iqtisadçı Timoti Eş Türkiyə Mərkəzi Bankına lirənin ucuzlaşmasının qarşısını almaq üçün dollar satmağı və Beynəlxalq Valyuta Fondundan borc götürməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, beynəlxalq investisiya təşkilatı “Bluebay”ın rəhbəri Timoi Eş türk lirəsinin məzənnəsinin kritik nöqtədə olduğunu deyərək, Mərkəzi Bankın niyə bunun qarşısını almaq üçün bir sıra addımlar atmadığını anlamadığını bildirib.

“Mənim başa düşmədiyim şey niyə yenidən valyuta sataraq müdaxilə etmədikləridir. Bilirəm ki, bu üsul problemi son nəticədə həll etmir, Mərkəzi Bankı mənfi faiz zonasına daha da sıxışdırır, amma əgər faizlərin artmasını istəmirlərsə, heç olmasa, lirəni sabitləşdirmək üçün bir qədər xarici valyutadan istifadə edə bilərlər. Görünür, türk lirəsi üçün atılacaq addım qalmayıb.

Əgər Mərkəzi Bankın faiz dərəcələrini artırmaq səlahiyyətində deyilsə, valyuta ehtiyatlarının adekvatlığı məhduddursa, BVF yoxdursa, onda nə qalıb?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər