25 Noyabr 2021 14:51
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda növbəti dəfə ağlagəlməz hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, motoskilet qəzasında öldüyü açıqlanan şəxs morqa aparıldıqdan bir neçə saat sonra oyanıb.

Məlumata görə, morqa aparılan Srikeş Kumar xəstəxana tərəfindən rəsmən öldüyü elan edilib və soyuducuya qoyulub. Buna baxmayaraq möcüzəli şəkildə ayılıb. Lakin bu möcüzə uzun sürməyib və 5 gün sonra vəfat edib.

Kumarın ailəsi Lala Lajpat Rai Memorial tibb fakultəsindən evə buraxılan ərəfədə öldüyünü təsdiqləyib.

“Qardaşım həyatda qalmaq üçün mübarizə apardı, amma 5 gün sonra mübarizəni uduzdu. Yaşamaq istədi. Adını hər dəfə çəkdiyimizdə reaksiya verdi və yaxşılaşma nümunəsi göstərdi”,- Kumarın qardaşı Satyanand Guatam “Times of İndia” qəzetinə bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər