Suriya-Türkiyə sərhədində açılan atəş nəticəsində türk ordusunun bir hərbçisi yaralanıb.
Teleqraf.com xəbər verir ki, təcili yardımla xəstəxanaya aparılan 29 yaşlı çavuş bütün müdaxilələrə baxmayaraq şəhid olub.
Məlumata görə, Suriya sərhəd xəttində xidmət edən əsgərlər Suriya ərazisindən qeyri-qanuni keçmək istəyən naməlum şəxslərə “Dayan” xəbərdarlığı edib. Bundan sonra açılan atəş nəticəsində ağır yaralanan 29 yaşlı çavuş xəstəxanada şəhid olub.