27 Noyabr 2021 10:00
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) nəzarət etdiyi bölgədə daxili gərginlik böyüyür.

Teleqraf.com xəbər verir ki, partiyanın qurucu lideri Cəlal Talibaninin oğlu Pavel Talibani ilə yaxın qohumu Lahor Şeyx Cəngi Talibani arasındakı mübahisə sonda silahlı qarşıdurmaya səbəb olub.

Məlumata görə, Şeyx Cəngi Talibani noyabrın 2-də partiyadan çıxarılmasından sonra onun yaxın adamı-peşmərgənin asayiş komandanı polkovnik Mura Qəni öldürülüb. Atışmada Kidey ilə birlikdə bir oğlu və iki mühafizəçisi də öldürülüb.

Qeyd edilir ki, başda Süleymani şəhəri olmaqla bölgənin idarəedilməsi uğrunda çıxan silahlı atışmada Şeyx Cəngi Talibaninin xeyrinə prosesə qatılan PKK bölgədə yaydığı elanlarda “Pavel Talibani iqtidarını devirin” çağırışı edilib.

KYB-nın həmsədri Lahor Talibaninin tövsiyəsindən sonrabaş verən çəkişmə və ilk dəfə qanın tökülməsi bölgədə sui-qəsd və edam mərhələsinin başlandığını göstərir.

Daxili çəkişmədə öldürülən Murad Qəni 2017-ci ildən əvvəl Kərkükdə işləyib, türkmənlərə qarşı zorakılıq, işgəncə, adam qaçırma kimi cinayətlərə imza atıb.


Müəllif: Nemət

Oxşar xəbərlər