16 Noyabr 2014 17:35
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teleqraf.com Rusiya və ruslarla bağlı maraqlı məlumatları təqdim edir:
- Rusiyada 3 il əvvələ qədər pivə alkaqol sayılmırdı. 2011-ci ildə prezident Dmitri Medvedev yeni qanun layihəsini imzaladı və pivə alkaqollu içkilər siyahısına salındı.
- Rus kişilərin 25 faizi 55 yaşına çatmadan ölür. Bu say ABŞ-da 10, İngiltərədə 7 faizdir. Rusiyada kişilərin orta yaş həddi 64 ildir. Bu göstərici ilə şimal qonşumuz dünyanın ən aşağı yaş göstəricisi olan 50 ölkəsindən biridir.
- Rusların maraqlı bir adəti var. Onlar səfərə çıxmazdan əvvəl bir neçə saniyə səssiz otururlar.
- Rus adətlərinə görə qapalı yerdə fit çalmaq olmaz. Qonşularımız "Evdə fit çalsan, pullar pəncərədən uçub gedər" deyirlər.
- Bir rəvayətə görə, ruslar içkidən imtina etmək istəmədikləri üçün İslam yerinə Xristian dinini qəbul ediblər.
- Yalnız Rusiyadakı "McDonald`s"larda "McShrimp" (karidesli hamburqer) tapa bilərsiniz.
- Ruslar digər Xristian xalqlardan fərqli olaraq Milad yerinə Yeni ildə bayram edirlər.
- Vladimir Putinin 3-cü dəfə prezident seçildiyi 2012-ci ildə bir seçki qutusunda onun leyhinə 146 faiz səs çıxmışdı. Bundan sonra müxalifət və beynəlxalq təşkilatlar seçkinin saxtalaşdırıldığını iddia etsə də, Putin 64 faizlə prezident seçildi.
- Ruslar evdə bir şey unutduqda onu almaq üçün geri qayıtmırlar. Əvəzində bir yaxınlarından unutduqları şeyi gətirməyi xahiş edirlər. Çünki evdən çıxdıqdan sonra geri dönməyin onlara uğursuzluq gətirəcəyinə inanırlar.
- Moskva dünyanın ən çox tıxac olan meqapolislərindən biridir. Bu səbəbdən paytaxtda bəzi oliqarxlar tıxacların olduğu saatlarda ambulanslarla gəzirlər. Bu yolla onlar tıxacda saatlarla gözləməkdən xilas olurlar.
- Rusiyada hər 1159 qadına 1000 kişi düşür. Üstəlik kənd yerlərində bu fərq daha böyükdür. Belə yerlərdə 1183 qadına 1000 kişi düşür.
- Rusiya ərazisinin 75 fizi Asiya qitəsində yerləşir. Amma əhalisinin sadəcə 22 faizi bu qitədə yaşayır.
- Rus milyonçusu Roman Abramoviç lüks katerində "paparatsi kovalayıcısı"ndan istifadə edir. Paparatsilər yaxınlaşanda katerin lazer işıqları yanır və şəkil çəkmək mümkün olmur.
- Moskva metrosu 1930-cu illərdə inşa edilərkən hər cür savaşa hazır olması düşünülüb. Bu səbəbdən dünyanın ən dərin dördüncü metrosu bu şəhərdə yerləşir. Moskva metrosundan həmçinin hava hücumlarından qorunmaq üçün sığınacaq kimi istifadə etmək mümkündür.

Müəllif:

Oxşar xəbərlər