27 Noyabr 2021 23:05
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Səhiyyə Naziri Qreq Hant Cənubi Afrika, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini, Seyşel adaları, Malavi və Mozambikdən hava səfərlərinin dayandırılması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, qərarın verilməsinə səbəb Afrikada yayılan COVID-19 virusunun yeni mutasiyası Omikrondur.

Nazir bildirib ki, qarşıdakı son 14 gündə sözügedən 9 ölkədə olan qeyri-Avstraliya vətəndaşlarının Avstraliyaya girişinə icazə verilməyəcək. Bu ölkələrdən olan Avstraliya vətəndaşları qayıtdıqdan sonra 2 həftə karantində qalacaqlar. Əvvəllər Avstraliyaya gəlmiş və son 14 gün ərzində bu ölkələrin hər hansı birinə səfər etmiş şəxslərdən isə dərhal karantinə düşmələri və testdən keçmələri tələb olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər