Türkiyənin Şanlıurfa əyalət sakini ov tüfəngini təmizləyərkən özünü və dostunu güllələyib.
Teleqraf.com xəbər verir ki, hadisə günorta saatlarında iş yerində baş verib.
Əslən suriyalı olan Əli Xomeydi ov tüfəngini təmizləyərkən təsadüfən tətiyə toxunub. Doldurulmuş tüfəngdən atəş açıldığı zaman özü və dostu yaralanıb.
Qonşu dünkan sahibi təcili yardım çağıdrıqdan sonra yaralılar xəstəxanaya yerləşdirilib. Əli Xomeydinin səhhəti qənaətbəxş olsa da, dostunun reanimasiyada olduğu bildirilib.