16 Noyabr 2014 19:22
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

IŞİD terror təşkilatının gizlin arxiv sənədləri ələ keçirilib.

Publika.az xəbər verir ki, sənədlərdə döyüşçülərin adları, satın alınan silahlarla əlaqədar detallı məlumatlar, kamikadzelərə aid şəxsi məlumatlar yer alır.

Almaniya mətbuatında dərc olunan sənədlərin 5 iyun 2014-cü il İŞİD-in müdafiə naziri Abdülrahman əl-Bilavinin saxlandığı evə edilən basqında ələ keçirildiyi bildirilir.

Sənədlərdən məlum olur ki, İŞİD evlənən hər bir üzvünə maddi dəstək verir, ölənlərin ailə üzvlərinin ailələrinə yardımlar edilir, uşaqları nəzarətət götürülür.

Bundan başqa yoxsul bəlgələrə varlı bölgələrdən yardımlar ayrıldığı öz əksini tapıb. Həmçinin sənəddə bəzi silahların alınmasına çəkilən xərclər də göstərilib. Belə ki, Amerika istehsalı olan M4-ün hər biri 8 min 200 dollardan alınıb. ABŞ ordusuna məxsus gecəgörmə cihazlarının birinə 2 min 900 dollar ödənilib.

Hər iki silahın İraq Ordusunda olduğunu nəzərə alan ekspertlər güman edirlər ki, bu silahlar İraq ordusundakı komandirlər tərəfindən satılıb.


Müəllif:

Oxşar xəbərlər