29 Noyabr 2021 14:37
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə vəfat etmiş Taliban hərəkatının qurucusu Molla Ömərə yaxınlığı ilə tanınan Molla Həsən hökumətin qurulmasından 3 ay sonra etdiyi çıxışda xalqı Taliban rejiminə şükür etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Molla Həsən Talibanın ölkədə xarici qüvvələrlə mübarizə aparmaq, İslam hökuməti qurmaq və sabitliyi davam etdirməklə bağlı vədlərinə əməl etdiyini bildirib.

Onun sözlərinə görə, Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə aclıq, işsizlik və bahalaşma olub: “Allahın köməyi ilə xalqın içərisində olduğu yoxsulluqdan və yaşadıqları bəlalardan xilas etməyə çalışırıq”.

Molla Həsən Əfqanıstan Mərkəzi Bankına məxsus, əksəriyyəti ABŞ olan təqribən 9 milyard dollarlıq ehtiyatların sərbəst buraxılması ilə ölkənin iqtisadi böhrandan çıxacağını deyib. O, həmçinin humanitar yardım təşkilatlarını ölkəyə köməklərini davam etdirməyə çağırıb.

“Bütün beynəlxalq yardım təşkilatlarından xahiş edirəm ki, ölkəyə yardımı əsirgəməsinlər və çətin vəziyyətdə olan insanlara kömək etsinlər”, - Molla Həsən söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər