30 Noyabr 2021 11:30
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna gərginliyi ilə bağlı vasitəçilik təklifinə Kiyevdən reaksiya gəlib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Xarici işlər naziri Dmitri Kuleba müharibə sona çatdıracaq hər cür dostcasına səyləri dəstədiklərini bildirib.

Kuleba Türkiyə və Ukrayna arasında əla münasibətlərin və Prezident Vladimir Zelenski ilə Ərdoğan arasında yüksək etimada əsaslanan əlaqənin olduğunu vurğulayıb.

Ukraynanın Normandiya formatına sadiq qaldığını qeyd edən Kuleba digər tərəfdaşların dostluq təşəbbüslərini heç vaxt rədd etmədiklərini deyib.

Nazir müharibəni bitirəcək və Ukraynanın torpaqlarını geri alınmasına kömək edəcək hər cür səyi alqışlayacaqlarını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər