4 Dekabr 2021 08:25
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.

Teleqraf.com xəbər verir ki, hadisə 2020-ci ilin yayında qeydə alınıb. Nazirin salonunda olduğu avtomobil 166 km/saat sürətlə hərəkətdə olarkən yol işçisini vurub. İşçi aldığı ağır xəsarətlərdən ölüb.

Məlumata görə, nazir avtomobilə “ancaq sərnişin” kimi əyləşibmiş. Buna baxmayaraq sol mərkəzçi Sosialist Partiyası seçkilər ərəfəsində mümkün ittihamlardan xilas olmağa çalışır. Qeyd edək ki, seçkilər 2022-ci ilin 30 yanvarında keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər