İran Prezidenti İbrahim Rəisi İŞİD terror təşkilatının ABŞ tərəfindən qurulduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, İran prezidenti İŞİD-lə bağlı diqqətçəkən açıqlama verib.
İbrahim Rəisi Tehrana səfər edən Suriya Xarici işlər naziri Feysəl Miqdadla görüşüb.
Rəisi görüşdə ABŞ-ın bölgədəki hərbi fəaliyyətini tənqid edib:
“İŞİD-i ABŞ yaradıb. Bölgədə ABŞ və İŞİD-ə harada rast gəlinirsə, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük zərərlə üzləşirlər”.
Görüş zamanı Miqdad Rəisini Dəməşqə dəvət edib.