Braziliyada yaşayan Amanda Albax adlı qızın başına gələnlər eşidənləri şoka salır.
Teleqraf.com xəbər verir ki, rəfiqəsinin ad gününə gedən 21 yaşlı Amanda Albaxdan bir daha xəbər alınmayıb.
Polisin araşdırması nəticəsində gənc qadının başına gələnlər üzə çıxıb. Onunla ad günü əyləncəsinə qatılan dostları ayrıldıqdan sonra Amandanı bir daha görmədiklərini desələr də, verdikləri ziddiyyətli açıqlamalardan sonra qandonduran həqiqət bəlli olub.
21 yaşlı Amanda Albax ötən günlərdə Santa Katarina ştatındakı İrapiruba Norte de Laquna çimərliyində basdırılmış vəziyyətdə tapılıb. Gənc qadının ən son olaraq yaxınlıqdakı Florianopolis şəhərində bir partiyə qatıldığı öyrənilib.
Amandanın ailəsinə sonuncu dəfə noyabrın 15-nə keçən gecə votsapda səsli mesaj göndərdiyi bildirilib.
Dəhşətli qətllə bağlı biri qadın olmaqla 3 şübhəli həbs edilib, onlardan biri etirafçı olub. Şübhəlilərdən biri gənc qadının öz məzarını qazmağa məcbur edildikdən sonra güllələnərək öldürüldüyünü söyləyib.
Polis bildirib ki, Albaxın ailə üzvləri onun səsinin qəribə gəldiyini deyiblər. Şübhəlilərdən biri qətlin Albaxın səsli mesajı göndərməsindən az sonra baş verdiyini etiraf edib.
Qətlə səbəb isə Amandanın partiyə qatılanlardan birini narkotik satmaqda ittiham etməsi olub.