8 Dekabr 2021 08:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan üçüncü prezidenti Mixail Saakaşvili müraciət yayıb.

Teleqraf.com xəbər verir ki, o, istənilən tibbi müalicəni dayandırdığını bildirib.

Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.

M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, Dövlət Müfəttişliyi Xidməti Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib. Xidmət hər iki qurumun M.Saakaşvilinin şəxsi məlumatlarını yaymasını qanunsuz hesab edərək onları cərimələyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər