ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqda missiyasını başa vuraraq geri çəkilib.
Teleqraf.com xəbər verir ki, bunu İraq Milli Təhlükəsizlik katibinin müşaviri Kasım Aracı deyib.
Bununla da ABŞ liderliyindəki koalisiya qüvvələri tam olaraq İraqı tərk edib.
“Koalisiya qüvvələri ilə son danışıqlarımızı tamamladıq. Koalisiya qüvvələrinə bağlı döyüş qüvvələri İraqdakı missiyasını başa vurdu və geri çəkildi”, - Aracı bildirib.
Qeyd edək ki, ABŞ liderliyində koalisiya qüvvələri 2003-cü il martın 20-dən İraqda fəaliyyət göstərirdi.