Kerç boğazına doğru irəliləyən Ukrayna donanmasına məxsus gəminin istiqaməti Rusiya tərəfindən dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti açıqlayıb.
Təhlükəsizlik xidmətinin açıqlamasında qeyd edilib ki, Kerç boğazına doğru irəliləyən Ukrayna donanmasının “Donbas” adlı gəmisi geri qaytarılıb.
İddia edilib ki, gəmi Rusiyanın tələblərinə cavab verməyib, fəaliyyəti təhrikedici olub və dəniz naviqasiyası üçün təhlükə yaradıb.
Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov deyib ki, Rusiya xüsusi xidmətinin xilasedici gəmini təhlükə olaraq görməsi təəccüblüdür: “Azov dənizi ortaq dənizdir və biz qanuni olaraq oradayıq”.