10 Dekabr 2021 12:04
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden komandasına İrana qarşı diplomatik addımlar uğursuz olacağı təqdirdə, başqa yollara əl atmağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın İrana iqtisadi təzyiqləri artıracağı xəbəri ilə bağlı verilən suala Psaki bununla bağlı prioritetlərinin diplomatik yol olduğunu qeyd edib:

“Amma İranın nüvə proqramı ətrafındakı prosesləri diqqətdə saxlayan Prezident Bayden öz komandasına diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə, atılacaq digər addımları hazırlamağı tapşırıb. Bu halda biz başqa variantlara müraciət edəcəyik”.

Psaki İran üçün iqtisadi sanksiyalardan qurtulmağın yeganə yolunun nüvə razılaşmasının şərtlərinə əməl etmək olduğunu deyib:

“Əgər yaxın zamanlarda diplomatik səylər nəticə verməsə və İranın nüvə proqramı sürətlənməyə davam etsə, İranın istehsal sektorlarından əldə etdiyi gəlirləri məhdudlaşdıracaq əlavə tədbirlər görməkdən başqa seçimimiz qalmayacaq. Amma bu məsələ ilə bağlı ətraflı məlumat verə bilmərəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər