12 Dekabr 2021 20:43
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada COVID-19-la bağlı saxta sənədlər hazırlayanları 5 ilə qədər həbs gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanen bildirib.

“Saxta sanitar vərəqələrin istehsalı şəbəkəsi ilə bağlı bizə 400-ə yaxın fakt məlumdur. Bəzən bu işlərdə tibb işçilərinin də adı hallanır”.

O, istintaq çərçivəsində artıq saxlanılanların olduğunu qeyd edib, lakin onların sayını açıqlamayıb.

Daxili işlər naziri xatırladıb ki, belə şəbəkələrin təşkilatçılarını 5 ilə qədər həbs gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər