12 Dekabr 2021 21:14
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun (COVİD-19) yeni "omikron" ştammının aşkarlandığı ölkələrin sayı artıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 9-dək koronavirusun sözügedən ştammına yoluxma halları ÜST-nin bütün 6 regionu üzrə 63 dövlətdə qeydə alınıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər