13 Dekabr 2021 10:14
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya ediləcək 200 milyon dollarlıq hərbi yardım paketini təxirə salıb. Ukraynada şok effekti yaradan bu qərar “Bayden Putin qarşısında geri çəkilir” şəklində şərh edilir.

Teleqraf.com xəbər verir ki, ötən həftə baş tutan Bayden-Putin görüşündən sonra Ukrayna daha bir şok qərarla üzləşməli olub.

Ağ-Ev Ukraynaya ediləcək 200 milyon dollarlıq hərbi paketin tədarükünü təxirə saldığını elan edib.

Vaşinqton qərarın Ukrayna ilə Rusiya arasındakı böhranın diplomatik yollarla həllinə töhfə verildiyini iddia etsə də, bunun Baydenin Putinə etdiyi növbəti güzəşt ola biləcəyi bildirilir.

Daha əvvəl görüşdə Rusiya liderinin ABŞ prezidentindən “NATO-nun şərqə doğru genişlənməyəcəyi” ilə bağlı təminat istədiyi, Baydenin isə həm bu məsələdə güzəştə getdiyi, həm də Ukraynanı sövdələşmə masasına oturtduğu iddia edilmişdi.

ABŞ-ın NBC televiziyası Vaşinqtonun Ukraynaya 200 milyon dollarlıq hərbi yardımın alınması prosesini dayandırdığını bildirib. Məlumata görə, yardım Kiyevin tələblərinə və bəzi ABŞ rəsmilərinin çağırışlarına baxmayaraq dayandırılıb, eyni zamanda qərar iki ölkə arasında yaranmış vəziyyətin diplomatik yolla həllinə vaxt verilməsi ilə bağlı qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər