16 Dekabr 2021 21:42
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə hərbi qarşıdurmaya girmək istəmədiklərini və məsələnin diplomatik yolla həllinin tərəfdarı olduqlarını deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi brifinqdə bildirib.

“Biz hələ də Rusiya ilə diplomatik danışıqların işə yaraya biləcəyinə inanırıq”, - Zelenski deyib.

Prezident əlavə edib ki, Stoltenberqlə birlikdə Rusiya və Ukrayna arasında mümkün hərbi eskalasiyanın nəticələrini ətraflı müzakirə edib.

“Biz irimiqyaslı müharibə olarsa, minlərlə, yüz minlərlə, milyonlarla qurbanların olacağını başa düşürük, ona görə də bunu sivil insan kimi istəmirik”, - Ukrayna lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər