24 Dekabr 2021 16:39
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva məhkəməsi Tvitteri qadağan olunmuş məzmunu silmədiyinə görə daha 3 milyon rubl (təxminən 40 min 800 dollar) cərimələyib.

Teleqraf.com xəbər verir ki, Taqanski rayon məhkəməsinin nümayəndəsinin sözlərinə görə, Tvitter inzibati qaydada təqsirli bilinib və 3 milyon rubl cərimələnib.

Beləliklə, Tvitterdə tətbiq edilən cərimə ümumilikdə 66 milyon rubla yüksəlib.

Cəzalar ekstremizmə çağırışları ehtiva edən qadağan olunmuş məzmunun silinməməsi və ölkə vətəndaşlarının şəxsi məlumatlarının Rusiyadakı serverlərə köçürülməməsi səbəbindən tətbiq edilib.

Oxşar cəzalar “Facebook”, “Google”, “Telegram” və digər saytlara da tətbiq edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər