“Sovet İttifaqının rəhbərliyin siyasi iradəsi olsaydı, 1991-ci ildə SSRİ-nin dağılmasının qarşısını almaq olardı”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.
“Kaş Sovet Prezidenti Mixail Qorbaçovun siyasi iradəsi olaydı. Belovejskaya müqavilələri imzalandıqdan sonra onun sənəddən imtina etmək, habelə danışıq iştirakçılarını məsuliyyətə cəlb etmək üçün tam konstitusiya hüququ vardı”, - deputat bildirib.
O, həmçinin Sovet İttifaqının dağılmasının “Rusiyanın ən faciəli tarixi” olduğunu deyib.
Bundan əvvəl Prezident Vladimir Putin SSRİ-nin dağılmasını “Rusiya üçün faciə” adlandırıb.