29 Dekabr 2021 10:08
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Qüvvələri NATO daxilində strateji missiyaya hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Türkiyə Yüksək Hazırlıqlı Hərbi Dəniz Qüvvələri (TURMARFOR) 2023-2028-ci illərdə NATO-nun dəniz komandanlığı vəzifəsini yerinə yetirəcək.

Bu çərçivədə TURMARFOR 2022-ci ilin əvvəlindən tam əməliyyat qabiliyyətinə çatacaq. TURMARFOR minlərlə hərbçinin iştirak edəcəyi təlimlərdə də kritik rol oynayacaq.

NATO-nun təhlükəsizliyinin mərkəzində olan Türkiyə hərbi qüvvələri alyans çərçivəsində keçirilən təlimlərdə diqqətçəkən uğurlar əldə edir. TURMARFOR 2022-ci ildə NATO çərçivəsində yerinə yetiriləcək dəniz missiyalarında tam əməliyyat qabiliyyətinə çatdıqda Türkiyə daha da güclü müttəfiqə çevriləcək.

Türkiyə NATO-nun missiyalarında, əməliyyatlarında və qərargahında 3000-ə yaxın şəxsi heyəti ilə iştirak edir. Reytinqdə ilk beş ölkə arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər