30 Dekabr 2021 09:54
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz İran rejiminin regionda etibar və sabitliyi sarsıdan siyasətini böyük narahatlıqla izləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud deyib.

Fələstin məsələsinin Səudiyyə Ərəbistanının xarici siyasətində prioritet mövzuların başında olduğunu deyən Kral Salman bildirib:

“İran qonşu ölkədir, ona görə də ümid edirik ki, o, regiondakı siyasətini və mənfi davranışlarını dəyişərək dialoq və əməkdaşlığa doğru irəliləyəcək. Biz İran rejiminin regionda etimadı və sabitliyi sarsıdan siyasətini böyük narahatlıqla izləyirik. İran rejimi məzhəbçi silahlı silahlı qruplaşmalar yaradır və onlara dəstək verir və region ölkələrində hərbi əməliyyatlar aparır”.

Tehranın nüvə və ballistik raketlərlə bağlı proqramları ilə əlaqədar beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmək istəmədiyini bildirən Kral Salman deyib ki, İran təkcə hökumətə qarşı vuruşan husilərə dəstək verməklə Yəməndə müharibəni uzatmır, əksinə Səudiyyə Ərəbistanını da hədələyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər